KepezTV Player
Azərbaycan Dövlət Neft Şirkətinə məxsus yanacaqla dolu daha 1 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib. Avtomobil Xankəndiyə yol düşüb. Yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməniəsilli sakinlərin nümayəndələrinin bölgəyə yanacaq verilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib. Bundan öncə də SOCAR-a məxsus yanacaqla dolu 4 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilmişdi.
- Baxış: 146