• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1202
— 26.09.2023 12:06

Qarabağı tərk edən ermənilərin keçidi üçün şərait yaradılır

KepezTV Player

Qarabağı tərk edərək, Ermənistana gedən erməni əsilli şəxslərin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılır. Ərazidə sıxlıq müşahidə olunur. Onlar məntəqədən keçərək Gorus istiqamətində hərəkət edir. Qarabağı tərk edib, Ermənistana gedən ermənilərin sayı çox olduğundan Laçın sərhəd-buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində çalışır. Ermənilərin köçü gecə boyu da davam edib. Ermənilərin əksəriyyəti şəxsi avtomobilləri ilə Ermənistana hərəkət edirlər. Qarabağı tərk edən ermənilərin çoxluğu səbəbindən Ermənistan ərazisində də sıxlıq müşahidə olunur.