• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 26.09.2023 11:46

Apple bir neçə məhsulun satışlarını dayandırıb

Apple şirkəti iPhone 15 smartfon seriyasının təqdimatından sonra bir neçə köhnə iPhone modelinin satışlarını rəsmi şəkildə dayandırdı. Onların arasında həmçinin iPhone 13 mini smartfonu da var. Beləliklə, şirkət iPhone mini seriyası ilə vidalaşmış oldu. Lakin məlum olub ki, bir neçə köhnə iPhone modeli ilə yanaşı Apple həmçinin iki aksesuarının da satışlarını dayandırıb. Söhbət, MagSafe Battery Pack batareyasından və MagSafe Duo Charger adapterindən gedir. Bu iki aksesuarı artıq Apple şirkətinin rəsmi saytında sifariş etmək mümkün deyil. Üstəlik şirkət bu aksesuarları əhatə edən veb səhifələri də öz saytından silib. Qeyd etmək lazımdır ki, həm MagSafe Battery Pack batareyası həm də MagSafe Duo Charger adapteri Lightning girişi ilə təchiz olunurdu. Buna görə də şirkətin onların satışlarını rəsmi şəkildə dayandırması heç də təəccüblü deyil. Hələ keçən il məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, MagSafe Battery Pack batareyası USB-C girişinə keçid edəcək. Lakin bunun nə zaman baş verəcəyi və ümumiyyətlə baş verib-verməyəcəyi dəqiq bilinmir.