KepezTV Player
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan polislər tərəfindən saxlanılıb. Bu barədə görüntülər erməni mediasında yayılıb. Görüntülərdə Levon Köçəryanın polis maşınında hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən aparıldığı əks olunub. Artıq üç gündür ki, İrəvanda Paşinyan hökumətindən narazı vətəndaşlar etiraz aksiyası keçirir. Onlar baş nazir Nikol Paşinyan və komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini bildiriblər. Etirazçılar İrəvanda bir neçə küçəni bağlayıblar.
- Baxış: 191