• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 21.09.2023 11:26

Qərbi Azərbaycan İcması bəyanatlar yayıb

KepezTV Player

Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan açıqlaması ilə əlaqədar dərin hiddətini ifadə edib. “Bu günlərdə okeanın o tayından tələm-tələsik Avropa İttifaqının Ermənistandakı missiyasına heyət göndərən, yaxın zamanlarda Ermənistanda səfirlik açmağı planlaşdıran Kanada, görəsən, həqiqətən də bilmir ki, heç Ermənistanın özü 2020-ci il Vətən müharibəsindən sonra “öz müqəddəratını təyinetmə” prinsipinə toxunmur.Kanada “öz müqəddəratını təyinetmə” prinsipinə bu qədər dəyər verirsə, onda ilk öncə özündən başlaya və müstəqillik hissinin çox yüksək olduğu əyalətinə müstəqillik verə bilər. Kanadadan Azərbaycana qarşı düşük açıqlamalara son qoymağı və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edirik”, - deyə bəyanatda qeyd edilib. Qərbi Azərbaycan İcması İspaniyanın son vaxtlar Azərbaycana qarşı artıq düşmənçilik xarakteri almış bəyanatlarını da kəskin şəkildə pisləyib. İcmanın Polşa Xarici İşlər Nazirliyinin açıqlaması ilə bağlı bəyanatında isə “Polşadan ayrı-seçkiliyə son verməyi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyi tələb edirik”, - deyə vurğulanıb.