KepezTV Player
Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələrinin son günlər törətdiyi təxribatları və terror aktlarını pisləyib. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində törədilmiş təxribatların və terror aktlarının mülki əhalinin və hərbçilərinin ölümünə səbəb olmasına təəssüf hissi ifadə olunur. TÜRKPA Katibliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ən güclü dəstəyini bir daha təsdiq edərək, Azərbaycanın həyata keçirdiyi yerli antiterror tədbirləri ilə regionda sülh və təhlükəsizliyinin təmin olunacağına qəti əminliyini ifadə edib.
- Baxış: 163