• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 19.09.2023 16:13

Zaqatalada minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb

KepezTV Player

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində Çobankol kənd sakinləri - 1967-ci il təvəllüdlü Rəsul Səmədov, 1987-ci il təvəllüdlü Emil Əhmədov, 1965-ci il təvəllüdlü Kifayət Əhmədova və rayonun Aşağı Tala kənd sakini 1975-ci il təvəllüdlü Sevinc Məmmədova xəsarət alıblar. Səmədov və Məmmədovanın xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Emil Əhmədov və Kifayət Əhmədovanın müalicəsi isə davam etdirilir.