KepezTV Player
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti tədbir keçirilib. Şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş İlham İsmayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 6 ədəd patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
- Baxış: 455