Füzulinin daha 73 sakini doğma yurda qayıdıb. Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuliyə daha 25 ailə köçürülüb. Vətəndaşlar şəhərdə yenidən tikilən evlərdə məskunlaşırlar. Bununla da Füzuli şəhərində 144 ailənin daimi məskunlaşması təmin edilib.
Aynurə Abbasova- Füzuli sakini: "Bu gün Füzulimizə gedirik. Çox sevincliyik - 30 illik ayrılığa indi son qoyulur. Mən də iki övladımla gedirəm, gələcəyin 2 əsgəri. Ordan çıxanda 8-ci sinifin yarısından çıxmışam. Uşaqlarımın biri 5-də, biri 6-da oxuyur. Amma ona görə kövrəlirəm ki, ordan çıxanda anamla gəlmişdik, indi anasız gedirik".
Xalidə Camalova- Füzuli sakini: "Füzuli rayonunun özündənik. Şükür edirik ki, bugünk gün biz qayıdırıq. Ürəyimizdəki çox arzularımız yerinə yetdi. 60 illiyimi orda keçirəcəm . Min şükür ki, bugünü gedib orda qarşılayıram. Mən 3 oğlumla çıxmışdım, indi 4 uşaq 12 nəvəylə qayıdıram".
- Baxış: 222