• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 703
— 15.09.2023 12:05

Salyan sakininin evindən narkotik vasitə, həyətindən isə çətənə kolları aşkarlanıb

KepezTV Player

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Rayon sakini Malik Hüseynov saxlanılıb. Onun evindən 10 kiloqramdan artıq marixuana və 60 qrama yaxın tiryək, həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.