• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 13.09.2023 13:00

Braziliya və Argentinadan qələbə

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 2-ci turun oyunları keçirilir. Braziliya millisi bu turda səfərdə Peru ilə qarşılaşıb. Oyun Braziliyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 90-cı dəqiqədə Neymarın ötürməsindən sonra Markinyoş komandasına qələbə qazandıran qola imza atıb.

Argentina isə Boliviyanın qonağı olub. Görüşdə meydan sahibləri qapılarında üç cavabsız qol görüblər. Qonaqların heyyətində 31-ci dəqiqədə Entso Fernandes, 42-ci dəqiqədə Nikolas Talyafiko və 83-cü dəqiqədə Nikolas Qonsales qol müəllifinə çevriliblər.