• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 975
— 04.09.2023 12:17

"Kəpəz" evdə məğlub oldu

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun oyunları keçirilib. Turun sonuncu oyun gününün ilk matçında “Kəpəz”lə “Araz-Naxçıvan” klubları Gəncədə üz-üzə gəliblər. Hər iki komandanın 4 xalla 8-9-cu yerləri bölüşdürməsi matçın prinsipiallığını artırırdı. Mövsümün startında “Neftçi” və “Qarabağ”ı büdrədən “Kəpəz” budəfəki rəqibi ilə bacarmayıb. Naxçıvan təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazanıb. 40-cı dəqiqədə penaltidən fərqlənən Gəncə klubunun sabiq futbolçusu Orxan Əliyev beş dəqiqə sonra dublunu rəsmiləşdirib. Mate Kvirkviyanın 78-ci dəqiqədə penaltidən vurduğu qol isə "Kəpəz" üçün təsəlli topu olub. Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarının sayını 7-yə yüksəldib. "Sarı-göylər" 4 xalla 9-cu pillədə qalıblar.