• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 30.08.2023 12:04

Göygöldə silah satmaq istəyən şəxs saxlanılıb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bayram İsgəndərov rayon ərazisində saxlanılıb. Əlindəki çantadan 1 ədəd atəşə yararlı avtomat, həmin silaha aid daraq və 5 ədəd 7.62 millimetrlik patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.