• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1476
— 29.08.2023 16:26

Taksi sürücüsü qadın sərnişinə qarşı soyğunçuluq edib

KepezTV Player

Gəncədə taksi sürücüsü tərəfindən qadın sərnişinə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, avqustun 28-də saat 12 radələrində Gəncə şəhəri ərazisində taksi sürücüsünün sərnişini olan qadının 500 manat pulunu və mobil telefonunu açıq talama yolu ilə alması barədə polisə məlumat daxil olub. Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Yasin Əhmədov müəyyən olunaraq yaxalanıb.

Elnur Vahidoğlu