• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 24.08.2023 20:15

"Laçın məni çox gözəl qarşıladı"

KepezTV Player

"Laçının adı çəkiləndə ürəyim titrəyir. Laçın məni çox gözəl qarşıladı". Bunu, Laçın şəhərinin 98 yaşlı sakini, 30 illik ayrılıqdan sonra doğma yurda qayıdan Nərgiz Xəlil qızı Əsədova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda deyib. Artıq bir aydan çoxdur ki, o, şəhərdəki bərpa olunmuş evində yaşayır. Laçını daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir.