• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 22.08.2023 11:56

Bıçaqlanma hadisəsi baş verib

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə rayonunun Mahmudlu kənd sakini, 1968-ci il təvəllüdlü Fazil Alıyevin bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə F. Alıyevə xəsarət yetirməkdə şübhəli bilinən, həmkəndlisi, 1992-ci il təvəllüdlü Ülvi Paşayev saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirilmə zamanı şübhəli şəxs Fazil Alıyev ilə şəxsi münasibətlər zəminində mübahisə etdiyini, ona görə xəsarət yetirdiyini etiraf edib.