• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 834
— 16.08.2023 12:09

Binanın zirzəmisi çöküb, dağıntı altında qalan var

KepezTV Player

Göygöldə binanın zirzəmisi çöküb. Hadisə Heydər Əliyev prospektində yerləşən binada qeydə alınıb. İlkin məlumata görə evdə təmir gedərkən çökmə zamanı 1 nəfər dağıntı altında qalıb. Bu, Cəfərov Emin Əlvan oğludur. Hadisə yerinə polis və FHN-nin Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.