• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2097
— 14.08.2023 15:47

Orta məktəb gözətçisinə zor tətbiq edilib

KepezTV Player

Samux rayonunda məktəbdə soyğunçuluq olub. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, avqustun 12-də Kolayır kəndi ərazisindəki orta məktəbin gözətçisinə zor tətbiq edilərək mobil telefonunun alınması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Şəmsi müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.