• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1972
— 14.08.2023 11:50

Milli Parkın ərazisində mühafizə rejimini pozan şəxslər saxlanılıb

KepezTV Player

Göygöl Milli Parkının ərazisində mühafizə rejimini pozan şəxslər saxlanılıb. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı mühafizə rejimini pozan şəxslərin Göygöl rayonu, Toğana kənd sakinləri - Məzahir Qurbanov, Orxan Bayramov, Cavidan Rzazadə, Səlmandər İmanov və Samux rayonu, Alıuşağı kənd sakini Bakir Alıyev olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.