• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 05.08.2023 18:55

"İdman hamı üçün" adlı idman tədbiri keçirilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gəncənin Xan Bağı parkı ərazisində " İdman Hamı Üçün " adlı əyləncəli İdman tədbiri həyata keçirilib. Tədbirdə musiqi sədaları altında müxtəlif nümunəvi çıxışlar təqdim edilib. Əsasən Gəncə Uşaq Evinin və SOS Uşaq Kəndinin sakinlərindən ibarət qruplar proqrama qoşularaq gimnastika mütəxəssislərinin rəhbərliyi altında hərəkətləri yerinə yetirərək əyləncəli tədbirdə iştirak ediblər. İdman tədbirinin təşkilində məqsəd əhali arasında bədən tərbiyəsinin kütləviliyin, idmana marağın artırılması, gimnastikanın təbliği, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Rəşad Qarayev - Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəis müavini: Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsi olaraq “İdman Hamı Üçün” layihəsinə start veririk. Məqsədimiz şəhərimizin qonaqları, şəhər sakinləri, yeniyetmə və gənclərlə yanaşı yeni zamanda bütün yaş kateqoriyasında olan insanları idmana səsləmək, idmanın kütləvililiyini təmin etmək əsas məqsədlərimizdən biridir. Regional idarə olaraq tək Gəncə şəhərində deyil , əhatə etdiyimiz bütün rayonlarda idman kütləvililiyinin təmin edilməsi məqsədilə İdman hamı Üçün layihəsini əhatə etdiyimiz rayonlarda da geniş təşkil edəcəyik.

Aysun Həsənova - Gəncə Uşaq Evinin sakini: Gəncə Uşaq evindən gəlmişəm.Bugün idmanı sevdiyim üçün burdayam .Mən idmana gəlmişəm və idman sağlamlıqdır.Əylənirik, həm başımız qarışır həm əylənirik,yəni buraya idman üçün gəlmişik , həm enerjimizi atırıq.