• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 05.08.2023 19:56

Tarixi derbiyə doğru

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib. Açılış turunda qərb təmsilçilərindən "Turan Tovuz" "Araz Naxçıvan"ı 3:0 hesabı ilə məğlub edibsə, "Kəpəz" sabah meydana çıxacaq. Gəncə klubu 1-ci turda "Neftçi"ni qəbul edəcək. Şəhər stadionunun qazon probleminə görə ötən mövsümün son oyunlarını Qəbələdə keçirməli olan "sarı-göylər" müəyyən fasilədən sonra doğma meydanda azarkeşləri ilə görüşəcək. Ölkənin iki ön köklü klubunun qarşılaşmaları tarixi derbi kimi səciyyələndirilir. Odur ki, komandaların büdcə fərqinə baxmayaraq matç həyacanla gözlənilir. Matç saat 17:00-da başlayacaq.