• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 04.08.2023 12:05

Məhkumun qanunsuz olaraq odlu silah gizlətdiyi üzə çıxdı

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin keçiridkiləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu sulah saxlamaqda və gəzdirməkdə şübhəli bilinərək saxlanılan Fərahim Verdiyevin ətrafında davam etdirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxsin tanışı, hazırda oğurluq cinayəti törətdiyinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə olan Zaur Heydərzadənin də odlu silah gizlətməsi məlum olub. Z. Heydərzadə dərhal Baş Polis İdarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb olunub və o, ifadəsində vəfat etmiş dostundan odlu silah almasını və onu şəhər ərazisində gizlətməsini etiraf edib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid 1 ədəd daraq aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azad Mustafayev