• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 699
— 03.08.2023 16:02

Şəhər stadionu oyunlara hazırdır

KepezTV Player

“Kəpəz”in premyer liqada ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun ot örtüyü yeni mövsüm üçün ideal vəziyyətə gətirilib. Ötən çempionatın son turlarında, daha dəqiq desək, aprel ayının əvvəlində qazon oyunların keçirilməsi üçün yararsız olduğundan, sarı-göylər doğma meydandan kənar düşmüşdü. Komanda matçlarını Qəbələdə oynayıb. Ancaq 4 ay ərzində ot örtüyünə qulluq edən şirkət tərəfindən yeni qazon salınıb, meydanda lazımi formada aqrotexniki işlər yerinə yetirilib və bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Artıq qazon yeni mövsümün oyunlarının keçirilməsi üçün tam hazırdır və Peşəkar Futbol Liqasının mütəxəssisləri tərəfindən də meydançaya baxış keçirilib və “Kəpəz”in rəqiblərini Gəncədə qəbul etməsinə icazə verilib. Eyni zamanda keçən mövsüm olduğu kimi, arenaya oyunları izləmək üçün məhdud sayda, yəni 3000 azarkeş buraxılacaq. Yeri gəlmişkən, avqustun 6-da “Neftçi” ilə keçiriləcək oyunun biletləri satışa çıxarılıb. Görüşü tribunadan izləmək istəyənlər biletləri onlayn şəkildə də əldə edə bilərlər.

Orxan Cəfərzadə