• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2186
— 02.08.2023 12:14

Qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə Göygöl rayon sakini Fərahim Verdiyevin qanunsuz olaraq odlu sulah saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən saxlanılaraq Baş polis İdarəsinə gətirilən şübhəli şəxsin Göygöl rayonunda yerləşən fərdi yaşayış evinə baxış keçirilib və oradan 1 ədəd “AK-72” tipli avtomat, həmin avtomata aid 2 ədəd sandıqca, həmin silahın 2 ədəd ehtiyyat hissəsi və 135 ədəd patron aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.