KepezTV Player
Ağstafanın Eynallı kəndində 52 yaşlı Qabil İmamverdiyev evində qaynaq işi görərkən oksigen balonu anidən partlayıb. Nəticədə şəxs bədəninin çoxsaylı dəqiqləşdirilməmiş yanığı diaqnozu ilə Rayon Mərkəzi Xəsətənasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, şok vəziyyətindən çıxarılıb. Daha sonra Bakı Yanıq Mərkəzinə göndərilib. İmamverdiyev baytarlıq aptekində əczaçı olaraq fəaliyyət göstərib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev
- Baxış: 362