![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/tvittere%20uzun%20metnler%20yerlesdirmek%20olacaq.jpg?itok=wv-B8SxW)
Elon Musk-ın verdiyi məlumata əsasən “Twitter” tərtibatçıları sosial şəbəkəyə böyük məqalələr yerləşdirməyə imkan verəcək yeni funksiya üzərində çalışırlar. Çox güman ki, bu yeni funksiya “Articles” adını əldə edəcək. İstifadəçilər onun vasitəsilə “Twitter”-ə uzun və qəliz məqalələri yerləşdirə biləcəklər. “İstədiyiniz halda hətta kitabı da “Twitter”-ə yerləşdirə biləcəksiniz”, - deyə Musk qeyd edib. Gözləntilərə əsasən bu yeni funksiya kontentlərin sosial şəbəkəyə yerləşdirilməsi imkanını daha da genişləndirəcək. Keçən il Musk-ın “Twitter”-i almasından sonra bu sosial platforma mikrobloqlar formatından uzaqlaşmağa başladı. Belə ki, “Twitter Blue” istifadəçiləri artıq 10 000 simvoldan ibarət “tweet”-ləri paylaşmaq imkanına sahibdirlər. “Articles” adlı yeni funksiya isə daha uzun paylaşımların edilməsini mümkün edəcək.
- Baxış: 748