• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 20.07.2023 11:58

Göygöldə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib. Rayonun Yeni Zod kəndi ərazisində keçirilən tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. Bundan başqa monitorinqlər zamanı rayonun Aşıqlı, Quşqara, Qızılca kəndlərində fəaliyyət göstərən ümumilikdə 4 kafe-restoranda məişət tullantılarının urnalardan kənara atılması müəyyən edilib, obyekt sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrində protokol tərtib olunub.