• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 901
— 20.07.2023 12:01

Tovuzda qonşular arasında dava olub, xəsarət alanlar var

KepezTV Player

Tovuz rayonunun Düz Cırdaxan kəndində qonşular arasında ot bağlaması üstündə dava olub. 1983-cü il təvəllüdlü R.Quluyev mübahisə zəminində ağac parçası ilə döyülərək müxtəlif xəsarətlər alıb. Münaqişə zamanı, habelə 1971-ci il təvəllüdlü S.Musayeva da yaralanıb. Şəxslərin hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.