• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1432
— 19.07.2023 18:45

Şəmkirdə balıq emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

KepezTV Player

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 28 ünvanında yerləşən və fiziki şəxs Elməddin Mehman oğlu Xudiyevə məxsus olan balıq emalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı müəssisədə sanitar gigiyenik norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb. Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi aşkarlanıb. Çəkisi 930 kq olan müxtəlif çeşidli balığın satışı qadağan edilib, protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Fərid Mehdiyev