• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 14.07.2023 19:50

Qısaqapanma məktəbdə yanğına səbəb olub

KepezTV Player

Gəncədə 17 nömrəli tam orta məktəbdə yanğın olub. Hadisə məktəbin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 15 kv.m olan elektrik otağında baş verib. Burada quraşdırılmış elektrik löhvəsindəki qısaqapanma nəticəsində giriş-çıxış kabelləri yanıb. Hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin briqadaları cəlb olunublar. Alov söndürülüb.

Fərid Mehdiyev