KepezTV Player
Şəmkirin Nərimanlı kəndində yaşayış evinin eyvanında yanğın başlayıb. Hadisə yerinə Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı ev sahibi, 42 yaşlı Ərşad Bəndəliyev xəsarət alıb. O, bədənin 3-cü dərəcəli texniki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərildikdən sonra evə vuraxılıb. Yanğına qaz balonu səbəb olub.
- Baxış: 396