• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 10.07.2023 12:18

İmtahan qaydalara uyğun keçirilib

KepezTV Player

Ötən gün Gəncədə də qəbul imtahanlarının ikinci cəhdi baş tutub. Dövlət İmtahan Mərkəzi tərəfindən 2-ci ixtisas qrupu və alt qrup üzrə coğrafiya imtahanı keçirilib. 5 binada reallaşan imtahanların idarə olunması üçün 16 imtahan rəhbəri cəlb edilib.

Əfqan Əliyev- ümumi imtahan rəhbəri: “Ümumi imtahan rəhbəri kimi fəaliyyətimiz ondan ibarətdir ki buraxılış rejimini təşkil etmişik, yəni bütün təlimat qaydalarına uyğun buraxılış rejimi öz qaydasında təşkil olundu. Heç bir səbəbdən xaricolunma qeydə alınmadı, sadəcə bir iştrakçı itirilmiş şəxsiyyət vəsiqəsilə əlaqədar qaytarıldı, dövlət notarial qaydada təsdiqlənmiş şəxsiyyət vəsiqəsini gətirdi və iştrakını təmin etdik”.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Respublikanın ali təshil müəssisəsinin qəbul imtahanlarının 2-ci cəhdi bitdikdən sonra və iyul ayının 8- də 3-cü ixtisas qrupu üzrə keçirilmiş və bu imtahanların nəticələri ilə bağlı məlumat yaxın günlərdə bilirsiniz ki, müəyyən bir vaxt ki var, açıq tipli sualların yoxlanılması ilə bağlı onlara bir müddət vaxt lazımdır və bunlar artıq ayın 22-si və 23- ü 1-ci və 4- cü ixtisas qrupu üzrə qəbul imtahanları keçirildikdən sonra və onların nəticələri elan olunduqdan sonra təbii ki, artıq respublikanın ali təhsil müəssisəsinə qəbul imtahanlarının əsas mərhələsi olacaq və müsabiqə şərtini ödəyəcək abituriyentlər ixtisas seçimini mərhələsini yerinə yetirəcəklər”.

Aysu Əliyeva- abituriyent: “İmtahan keçən dəfəkinə nisbətən yaxşı keçdi. Riyaziyyat yaralı yerimdir, ona görə bir az bərbad alındı. Tarix keçən dəfəkinə nisbətən daha asan idi. Coğrafiya bu dəfə daha çətin gəldi. Ümumi normal idi. Oxuyan üçün asan idi yəni, hər kəsin yaza biləcəyi bir şey idi”.

Fuad Mehtiəliyev- abituriyent: “İmtahan normal keçdi, keçən dəfəkindən bir qədər də fərqi yox idi. Coğrafiya fənni olduğu kimi də salmışdılar, elə çox bir dəyişiklik yox idi. Riyaziyyat fənnində bir az çətinlik var idi, suallar mürəkkəbləşmişdi. Özümdən 250 bal arası gözləyirəm”.

Musin Umani- abituriyent: “İmtahan yaxşı idi, yəni il boyu hamımız əziyyət çəkmişik, çalışmışıq ki, imtahanda yaxşı nəticə əldə edək. Yəni hər bir çalışan vaxtı-vaxtında dərsini oxuyan, tapşırıqları yerinə yetirən uşağın yaza biləcəyi bir səviyyə idi. Çətin suallar da var idi, amma asan suallar da var idi. Yəni imtahan normal idi, yaxşı idi. İnşallah 500+ gəlməlidi nəticə, İqtisad Universitetini fikirləşirəm”.

Sabir Nəcəfov- abituriyent: “Ümumi olaraq imtahan yaxşı keçdi, birinci imtahandan rahat idi. Ümumi bal olaraq da fikirləşirəm ki, 500-dən yuxarıdır. Yəqin ki, İqtisad Universitetinin qəbulunu alaram. Ümumi imtahana baxışım yaxşı idi, rahat idi imtahan”.