Azərbaycana rəsmi səfərə gələn Albaniya Prezidenti Bayram Beqayın rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev Bayram Beqayı qarşılayıb.
Ardından Prezident İlham Əliyevin Albaniya Prezidenti Bayram Beqay ilə təkbətək görüşü olub.
Çox sıx dostluq münasibətləri qurmuşuq və ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun olduqca yaxşı dinamikası var. Bunu Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla keçirdiyi geniş tərkibdə görüşdə bildirib. Dövlətimizin başçısı əla səviyyədə olan münasibətlərin beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdə, enerji və iqtisadi inkişaf sahələrində praktiki fəaliyyətdə özünü göstərdiyini vurğulayıb.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Çox məmnunam ki, hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır. Çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var. Əlbəttə, əməkdaşlığın əsasını təşkil edən mühüm amil enerji sahəsinin inkişafı məsələləridir və biz artıq Sizinlə bu məsələyə toxunduq və nümayəndə heyətlərinin iştirakı ilə bu görüşdə də bu müzakirəni davam edəcəyik. Çünki bizim bu istiqamətdə daha çox planlarımız var və bu məsələlər mənim Albaniyaya səfərim çərçivəsində, həm də digər rəsmi şəxslər səviyyəsində müzakirə edilib”.
Fərid Mehdiyev
- Baxış: 347