• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 04.07.2023 11:57

Naftalanda narkotik yetişdirən şəxs saxlanılıb

KepezTV Player

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Qaşaltı-Qaraqoyunlu kənd sakini, əvvəllər məhkum olunmuş İlyas İsgəndərovun kənd ərazisindəki sahibsiz ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə aşkarlanaraq götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədilə əkdiyini etiraf edib. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.