• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1351
— 02.07.2023 20:00

12 şəhər və rayondan 30-dan çox klub və 500-ə yaxın idmançı mübarizə aparıb

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Kikboks Federasiyasının təşkilatçılığı ilə Gəncə Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kikboksinq üzrə birincilik keçirilib. “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” şüarı altında keçirilən birincilikdə 12 şəhər və rayondan 30-dan çox klub və 500-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcəsində çıxış edib. Belə tədbirlərin keçirilməsinin yeniyetmə və gənc nəslin sağlam ruhda yetişməsi, onlar arasında idmanın təşviqi, regionlarda kikboksun inkişafı, idmançıların yarış təcrübələrinin artırılması, həmçinin perspektivli idmançıların aşkara çıxması üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb. Məqsəd, gəncləri idmana, sağlam həyat tərzinə daha çox təşviq etmək, nəticə etibarilə onları narkotik kimi zərərli vərdişlərdən uzaq tutmağa töhfə verməkdir. Təltifolunma mərasimində mübarizə apardıqları yaş və çəki dərəcəsində yer tutan idmançılara və hakim heyətinə təşkilatçılar tərəfindən kubok, medal və təşəkkürnamələr verilib.

Vüqar Xəlilov- Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin İdman sektorunun müdiri: “Bildiyimiz kimi, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə idman tədbirləri həyata keçirilir. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq 100 illiyə həsr olunmuş bir çox idman tədbiri həyata keçirmişik. Bugünkü yarışımız da açıq birincilikdir. Qeyri-olimpia idman növü olmasına baxmayaraq, bugünkü yarışımızda da kütləvilik nümayiş olunur. Şəhərimizdə bu idman növünə maraq artmışdır. İnanıram ki, bu idman növündən Avropa, dünya mükafatçılarının sayı daha da artıq olacaqdır”.

Elnur Salamov- Əməkdar məşqçi: “Bu gün bizim burada 30-dan çox klub rayon və idmançılarımız iştrak edir. 500-ə yaxın idmançı iştrak edir. Bizim məqsədimiz odur ki, uşaqlar narkomaniyadan və uşaq cinayətkarlığından uzaq olsunlar. Bu gün burda vuruşan idmançılarımız bizim qarşıdan gələn Azərbaycan çempionatında iştrak edəcəklər. Biz istəyirik ki, indidən uşaqlarımızı, yəni yığma komandamızı təyin edək ki, yəni hansı idmançılarımız Azərbaycan birinciliyində iştrak edəcəklər və gördüyünüz kimi bu yarışda dünya çempionatının iştrakçıları, dünya mükafatçıları, hətta Azərbaycan birinciliyinin qalibləri iştrak edir. Bu yarış həqiqətən çox ənənəvi şəkildə respublika səviyyəli bir yarışdır. İnanırıq ki, burdan çıxan idmançılarımız Azərbaycan birinciliyinə vəsiqə qazanacaq və orda da yer tutub, dünya arenasında Azərbaycanımızı təmsil edəcəklər”.