• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 29.06.2023 19:28

Gəncə Futbol Akademiyası yaxın vaxtlarda fəaliyyətə başlayacaq

KepezTV Player

Gəncə Futbol Akademiyasında inşaat işləri başa çatıb. Region futbolu üçün böyük əhəmiyyət daşıyan akademiyanın yaxın zamanlarda açılışı həyata keçiriləcək.

Tikinti ilə bağlı bütün işlər yekunlaşdığından bundan sonrakı mərhələdə binanın mebel təchizatı, fitnes avadanlıqları və digər invertarların yerləşdirilməsi yerinə yetiriləcək. İki mərtəbədən ibarət olan akademiyada bəzi otaqlar simvolik olaraq “Kəpəz”in rənglərinə uyğun sarı və göy rənglənib. Akademiyada trenajor, sauna, duş, geyinib-soyunma, hakim otaqları, çamaşırxana və anbar-zirzəmi də olacaq. 1-ci mərtəbədə iş, dərs və qonaq otaqları, konfrans zalı, eyni zamanda yeməkxana fəaliyyət göstərəcək. 2-ci mərtəbədə isə, həm əsas komandanın futbolçuları, həm də akademiyada futbolunun sirlərinə yiyələnəcək uşaq və yeniyetmələrin qalması üçün yataq otaqları nəzərdə tutulub. Qısacası akademiyada futbolçuların rahatlığı üçün hər cür imkan yaradılıb.

Akademiya fəaliyyətə başladıqdan sonra Bakı və digər regionlardakı futbol məktəblərinə üz tutan gəncəli futbolçular üçün doğma şəhərdə bu idman növü ilə məşğul olmağa şərait yaranacaq.

“Kəpəz” klubundan verilən məlumata görə, yaxın vaxtlarda bütün işlər yekunlaşacaq və yeni mövsüm başlayanadək akademiyanın açılışı olacaq.

Orxan Cəfərzadə