KepezTV Player
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Entoni Blinkenlə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter“də məlumat yayıb.
Görüş ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Arlinqtonda, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub. Bu görüşdən sonra Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin iştirakı ilə üçtərəfli görüş başlayıb.
- Baxış: 313