• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1161
— 25.06.2023 20:01

Gəncəli güləşçi Avropanın ən güclüsü adını qazanıb

KepezTV Player

Gəncəli sərbəst güləşçi Avropa birinciliyində uğurlu nəticə əldə edib. Camal Abbasov iştirak etdiyi qitə yarışında fərxi kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.

17 yaşadək güləşçilər arasında təşkil edilən Avropa birinciliyi Albaniyanın paytaxtı Tiranada keçirilib. Gəncədən yarışa iki yeniyetmə pəhləvan yollanıb ki, onlardan yalnız biri mükakafatçılar sırasına düşə bilib. 60 kq çəkidə güləşən Camal Abbasov bütün rəqiblərini üstələyərək Avropanın ən güclüsü olub.

Camal Abbasov ikinci dəfədir ki, Avropa çempionu adına layiq görülür. Güləşçinin şəxsi məşqçisi Vüsal Qarayev yetirməsininin çıxışını dəyərləndirərkən Camalın əldə etdiyi qızıl medalla ötən il yaranan söz söhbətlərə son qoyduğunu deyib.

Camal Abbasovu qarşıdakı daha böyük yarış gözləyir. İdmançı iyulun 31-dən avqustun 6-dək Türkiyənin İstanbul şəhərində keçirilən dünya birinciliyində qüvvəsini sınayacaq. Ötən il mundialda mükafatsız qalan yeniyetmə güləşçi qardaş ölkədəki yarışda qızıl medalı hədəfləyib.

Orxan Cəfərzadə