• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 25.06.2023 11:25

Avtoxuliqanlıq edənlər barəsində qanunamüvafiq tədbirlər görülüb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan sürücüləri saxlayıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə kosntruksiya dəyişikliyi etməsi, başqa dövlətə məxsus saxta qeydiyyat nişanları taxması, qadağan olunmuş səs siqnallarından və digər vasitələrdən istifadə edərək hərəkət iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması müəyyənləşdirilib. Həmin sürücülər saxlanılaraq onlarla profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Bundan başqa monitorinqlər nəticəsində Elgün Lətifinin “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşdığı məlum olub. Məhkəmənin qərarı ilə Lətifi sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.