• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1440
— 25.06.2023 13:08

Smart saatlar nizamsız ürək döyüntülərini təyin edəcəklər

İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş yeni faydalı funksiya üzərində çalışır. Söhbət, IHRN (Irregular Heart Rhythm Notification) adlı funksiyadan gedir. Bu funksiya vasitəsilə smart saatlar nizamsız ürək döyüntülərini təyin edə biləcəklər. Yeni funksiyanı mümkün edəcək texnologiya artıq sertifikatlaşdırmadan keçib. Qeyd etmək lazımdır ki, yerli qanunlar səbəbilə sözügedən yeni funksiya heç də bütün ölkələrdə aktiv olmayacaq.

Məlumatda qeyd edilib ki, IHRN adlı yeni funksiya Azərbaycan, Argentina, Kosta-Rika, Dominikan Respublikası, Ekvador, Gürcüstan, Qvatemala, Honkonq, İndoneziya, Panama, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), ABŞ və Cənubi Koreyada aktiv olacaq. Ola bilər ki, daha sonra ölkələrin sayı daha da artsın. Yeni funksiya ilk dəfə olaraq Galaxy Watch 6 modellərində istifadəyə veriləcək və daha sonra şirkətin digər smart saat modellərində aktiv olacaq.