KepezTV Player
Yenidən qurulan, abadlaşan Laçın bu dəfə əcnəbi diplomatları qonaq edir. Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 10 təşkilatdan, ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe Ermənistanla Azərbaycan arasında sərhəd-keçid məntəqəsinin yerləşdiyi körpüyə gəliblər. Onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib. Bildirilib ki, silahlı təxribata qədər sərhəd-keçid məntəqəsi açıq olub. Xankəndidə yaşayan erməni əsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə ediblər.
- Baxış: 267