KepezTV Player
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib və "Vaqner" muzdlu hərbi təşkilatının son addımları xəyanət adlandırıb. Onun sözlərinə görə, Rusiya qoşunları qəhrəmancasına döyüşür. Putin baş verən hadisələri 1917-ci il hadisələri ilə müqayisə edib. Bunun təkrarlanmasına imkan verməyəcəklərini deyib. Rusiya Prezidenti “vaqner”çiləri kriminal fəaliyyətlərini dayandırmağa çağırıb. Silahlı qiyama sürüklənənlərə ölümcül səhvə yol verməmək barədə xəbərdarlıq edib. Qeyd edək ki, Moskvada antiterror əməliyyat rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq bütün kütləvi tədbirlər təxirə salınıb. Bundan başqa, şəhərdəki mühüm obyektlər gücləndirilmiş mühafizəyə götürülüb və təhlükəsizlik tədbirləri artırılıb.
Vladimir Putin- Rusiya Federasiyasının Prezidenti: "Rusiya vətəndaşlarına, silahlı qüvvələrin, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının şəxsi heyətinə, indi öz döyüş mövqelərində vuruşan, düşmənin hücumunu dəf edən, bunu qəhrəmancasına yerinə yetirən döyüşçü və komandirlərə müraciət edirəm. Bu gecə bir daha bütün istiqamətlərin komandirləri ilə danışdım. Mən eləcə də hiylə və ya hədə-qorxu ilə cinayət avantürasına sürüklənən, ağır silahlı üsyan yoluna sövq edilənlərə də müraciət edirəm. Rusiya vətəndaşı kimi ölkəni müdafiə etmək üçün hər şeyi edəcəyəm. Qətiyyətli tədbirlər görüləcək. Və onlar sərt olacaq. Birliyimizi parçalayan hərəkətlər mahiyyət etibarilə məğlubiyyətdir. Bu, ölkəmizin və xalqımızın kürəyinə vurulan zərbədir. Bu, vətənə xəyanətdir".
- Baxış: 288