• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 24.06.2023 12:27

“Vaqner” Rastovda hərbi obyektlərə nəzarət edir

KepezTV Player

Rostov “Vaqner"çilər tərəfindən ələ keçirilib, kütləvi tədbirlər ləğv edilib. Rostov vilayətinin qubernatoru Vasili Qolubev vətəndaşları şəhər mərkəzinə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb. “Vaqner” özəl hərbi şirkəti Rusiyanın nizami qoşunlarının hücumuna məruz qaldıqlarını iddia edib. Şirkətə aid sosial şəbəkə hesablarında dünən “Vaqner” düşərgələrinə raket hücumu həyata keçirildiyinə dair görüntülər paylaşılıb. Qeyd olunub ki, əmr Rusiya Müdafiə Nazirliyindən verilib, icrasına isə müdafiə Naziri Sergey Şoyqu şəxsən rəhbərlik edib. Komandirlər ən perspektivli siyasətçiyə, yəni Priqojinə sadiq qaldıqlarını, onun istənilən əmrini yerinə yetirəcəklərini deyib. Bu dəstəyi də arxasına alan Priqojini dünəndən bəri atılan heç bir addım, verilən heç bir bəyanat dayandıra bilməyib. İndi həmlə etmək sırası bizdədir deyərək yola çıxan oliqarx bunun hərbi çevriliş deyil, ədalət yürüşü olduğunu deyib. Şoyqu və Gerasimovu tribunala çıxarmağı hədəfləyən yürüşün ilk dayanacağı Rostov olub. Şəhərə daxil olan Priqojin elə oradan mesajlarını və ilk tələblərini dilə gətirib. Gecə saatlarında Rostovu ələ keçirdikdən sonra Priqojinin ordusu Voronejə hucum edib, burada rus ordusu da muzdlu hərbi birləşmənin tərəfinə keçib. İkinci cəhdində də maneə ilə qarşılaşmayan Priqojin hazırda Moskvaya doğru hərəkət edir.

Yevgeni Priqojin- “Vaqner” hərbi şirkətinin rəhbəri: "Biz Rostovdakı hərbi qərargaha gələndə Baş qərargah rəisi Valeri Gerasimov bizim binaya yaxınlaşdığımızı bilən kimi buradan qaçdı. Artıq buradakı hərbi obyektləri, o cümlədən aerodromu nəzarətimizə götürmüşük. Müharibədəki uğursuzluğun səbəbi biz deyilik. Bura gələndə cəbhə bölgəsində geniş ərazilərin itirildiyinə dair yeni xəbərlər aldıq. Eyni zamanda, bizim gündəlik itkilərimiz 1000 nəfərdir. Bura ölənlər, itkin düşənlər, yaralananlar daxildir. Döyüşmək istəməyənlər də qorxaq olduqları üçün deyil, silah təchizatı və komanda strukturları olmadığı üçün savaşmırlar".