• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1986
— 24.06.2023 11:57

“Youtube” ləğv etdiyi funksiyanı yenidən aktivləşdirir

Güman ki, "Youtube"-un çoxyaşlı istifadəçiləri kanallardakı videoların sıralanması üzrə köhnə alqoritmi yaxşı xatırlayırlar. Söhbət, kanallardakı ən köhnə videoların belə xronoloji qaydada sıralanmasına imkan verən alqoritmdən gedir. Youtube müəyyən bir vaxtda bu alqoritmi aradan qaldırdı. Lakin istifadəçilərin verdikləri məlumata əsasən sözügedən alqoritm videoservisə geri qayıtmaq üzrədir. Hal hazırda "Youtube"-un həm veb həm də mobil tətbiq versiyasında videoların yalnız iki üsul ilə sıralanması imkanı mövcuddur. Ən yeni videolar və ən məşhur videolar.

Kanala yüklənmiş köhnə videoları izləmək üçün isə istifadəçi birinci üsulu seçəndən sonra uzun müddət ərzində səhifəni aşağı istiqamətə sürüşdürməli olur. Böyük Youtube kanallarının yüzlərlə videoya sahib olmalarını nəzərə alsaq, bu proses heç də rahat deyil. Bəzi Reddit istifadəçilərinin verdikləri məlumata əsasən videoservisin Android üçün nəzərdə tutulmuş versiyasında ənənəvi Oldest düyməsi ortaya çıxıb. Bu düymə hər hansısa kanala yüklənmiş ilk videoları yüklənmə tarixləri üzrə sıralayır. Hal-hazırda sözügedən özəllik məhdud sayda "Youtube" istifadəçisi üçün aktivdir və yalnız bəzi kanallarda test edilir. Görünür, "Google" bu funksiyanın testi mərhələsini reallaşdırır.