• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 8792
— 30.06.2023 10:32

Uşaqların inkişafında idmanın rolu

KepezTV Player

Heydər Əliyev: “İdman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaq. İnanıram ki, hər bir vətəndaş yaşından asılı olmayaraq idmanla, bədən tərbiyəsi ilə məşğul olacaq. İnanıram ki, Azərbaycan gəncliyinin gələcəyi, fiziki, şüuru cəhətdən yüksək olacaq!!!”

Ulu öndərin idmana və gənclərə olan inamı artıq bu gün özünü doğruldub. Gənclərimizin, idman sahəsində illərini vermiş insanların sayəsində  yüksək zirvələrə çıxcağımıza inanırıq. Doğulduğumuz andan etibarən  valideynlərimiz,  böyüdükdə isə özümüz sağlamlığımızı qorumaq üçün çalışırıq. Sağlam həyat  tərzi üçün bir sıra qaydalara əməl etməliyik, hansı ki, bunların ən başında idman gəlir və bunu nəzərə alaraq, valideynlər  azyaşlı uşaqlarını maarifləndirməlidir ki, onların bu sahəyə marağı artsın, eyni zamanda bir vərdiş olaraq buna yiyələnsinlər. Bəs görək idmanın uşaqlar üçün faydaları və həyatlarındakı rolu nədən ibarətdir?

Uşaqların müntəzəm məşq etmələri, fiziki hakimiyyət duyğularının və özünə olan inamlarının inkişafında kömək olur. İdman etmək sosial olaraq da uşağın daha fəal olmasını təmin edir. Onlar  idman edərkən digər uşaqlarla ünsiyyət qurmağı,  bir qrupa mənsub olma hissini və bölüşməyi öyrənir. Belə  uşaqların akademik həyatlarının daha uğurlu olma ehtimalı da yüksəkdir. Nizamlı məşq vərdişinin qazanılması ürək və damar sağlamlığı ilə bağlı risk amillərinə müsbət istiqamətdə təsir göstərərək bu xəstəliklərdən qorunmağı təmin edir. İdman uşaqları daha çevik və bədənlərini möhkəm edir. Araşdırmalarımıza əsasən idmanla məşğul olan balacalarımızın və gənclərimizin bir çoxunun uğurları var və onların sayəsində,  Azərbaycan beynəlxalq idman arenasında özünə layiqli yer tutur.

İdman uşaqlarda ciddi xarakter və möhkəmlik formalaşdırır. Bəs görək balaca dostumuz hansı idmanla məşğul olur və onu buna həvəsləndirən nə olub?

Nicat Şirinov- güləş üzrə çempion: “Mən sərbəst  güləşlə məşğulam. Televizorda Hacı Əliyev  və Toğrul Əsgərovu gördüm, mən də onlar kimi bayrağımızı yüksəklərə qaldırmaq istəyirəm”.

Balacalarımızla yanaşı, idmanla məşğul olan gənclərimizin də sayı az deyil. Gəlin elə bu gənclərimizin  biri ilə tanış olaq, görək onu idmana həvəsləndirən nə olub?

Rəvan Hətəmov - güləş üzrə çempion: “Mən 12 yaşımdan sərbəst güləş idman növü ilə məşğulam. Buna başlamağımın səbəbi  Vasif müəllim olub. Və  mənim niyyətim odur ki, Avropa, dünya çempionatında iştirak edib, mükafat qazanım. Bundan sonra isə Olimpia oyunlarında iştirak edim”.

Hər bir kəs gözəl və gümrah yaşamaq, passiv həyat tərzindən uzaq olmaq üçün idmanla məşğul olmağa başlamalıdır. Yadda saxlayaq ki, bu, heç vaxt, heç kim üçün gec deyil.