![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/tvitter%20pul%20odeyecek.jpg?itok=rwQqBXZs)
"Twitter" mikrobloqinq xidməti təsdiqlənmiş hesabların sahibləri üçün məzmundan pul qazanmağın yeni üsulunu təqdim edib. Bu məqsədlər üçün şirkətin 5 milyon dollar ayırdığı bildirilir. Bununla bağlı sosial şəbəkənin sahibi İlon Mask "Twitter"-də məlumat yerləşdirib.
Yeni monetizasiya metodu yalnız təsdiqlənmiş istifadəçilər üçün əlçatan olacaq.
Xatırladaq ki, 2023-cü ilin may ayında əvvəllər NBCUniversal-da qlobal reklam və tərəfdaşlıq şöbəsinin rəhbəri olan Linda Iaccarino "Twitter"-in baş direktoru olub.
Yeniliklər onun şirkətdəki yeni reklam siyasətinin bir hissəsi kimi qəbul edilir.
- Baxış: 454