• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 22.06.2023 11:50

Huawei qatlana bilən büdcəli smartfon hazırlayır

İnsayderlər bildiriblər ki, Huawei şirkəti yeni qatlana bilən smartfon üzərində çalışır və o, şirkətin Mate və ya Pocket seriyasına daxil olmayacaq. Onların sözlərinə əsasən şirkət tərəfindən hazırlanan yeni büdcəli, qatlana bilən smartfon nova seriyasına daxil olacaq və 570-700$ satış qiymətinə sahib olacaq.

Müqayisə üçün qeyd etmək lazımdır ki, qatlana bilən Huawei Mate X3 smartfonu Çində 1900$-a, qatlana bilən qapaqlı Huawei P50 Pocket isə 1410$-a satılır. Hazırlanan yeni qatlana bilən smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Şirkətin büdcəli qatlana bilən smartfonunun ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim olunması planlaşdırılır.