• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1891
— 21.06.2023 20:07

Ölkənin ikinci böyük şəhərində üzgüçülük inkşaf etdirilir

KepezTV Player

Üzgüçülük regionlarda az inkişaf edən idman növləri sırasında olsa da, kütləviliyinə nail olmaq üçün bir sıra işlər həyata keçirilir. Gəncədə də üzgüçülüyün inkişafı istiqatəmində əməli addımlar atılır.

Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən layihələr çərçivəsində ölkənin ikinci böyük şəhərində məktəblilər arasında üzgüçülük məşğələləri, eyni zamanda yarışların təşkili bu növə marağı artırıb. Bununla yanaşı Nizami yurdunda tikintisi davam edən İdman Sarayında müasir standartlara cavab verən üzgüçülük hovuzunun inşası Gəncədə bu idman növü üçün geniş perspektivlər vəd edir. Quğru istismara verildikdən sonra burada beynəlxalq səviyyəli yarışların təşkil ediləcəyini nəzərə alsaq, bu, şəhərdə üzgüçülüyün inkişafına böyük təkan verəcək.

Gəncədə istedadlı idmançıların yetişdiyini deyən yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun onların gələcəkdə uğur qazanmalarına ümidi böyükdür.

Gəncə Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzu haqda sualı cavablandıran təcrübəli mütəxəssis qurğunun ənənəsinin olduğunu deyib.

Gəncədə son 1 ildə təşkil edilən yarışların nəticəsi olaraq Cavadxan yurdunun üzgüçülük tarixində uğura imza atılıb. 8 yaşlı Yusif İsmayılov iştirak etdiyi birincilikdə bürünc mükafata yiyələnərək şəhərə rəsmi yarışlarda ilk dəfə medal gətirib.

Orxan Cəfərzadə