Laçının Zabux kəndi yenidən qurulur. 81 hektarda aparılan tikinti işlərində hər ev üçün 9 sot həyətyanı torpaq sahəsi də ayrılıb. Kənddə ümumilikdə 223 ev tikiləcək ki, bunun da 53-ü, ikiotaqlı, 116-ı üçotaqlı, 28-i dördotaqlı, 26-ı isə beşotaqlıdır. Bundan əlavə kəndin baş planında 50 çarpayılıq uşaq baxçası tikintisi, yol infrastrukturunun qurulması, kanalizasiya, su, işıqlandırma, parkın inşası da nəzərdə tutulub. Digər layihələrdən fərqli olaraq, burada iqlim şəraiti sərt olduğu üçün tikilən evlərin termoizolyasiyası, yəni daş yunu ilə üzlənməsi həyata keçirilir. Eyni zamanda alternativ enerji ilə yanaşı günəş enerjisindən istifadə də planlaşdırılıb. Bu da onu göstərir ki, Qarabağda həyata keçirilən bütün layihələrin hamısı ən yüksək səviyyədə, yüksək texnologiyalar əsasında icra olunur.
Vüqar İmranov- Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini: “Zabux kəndi işğaldan azad olunduğu an, ilk öncə ANAMA-nın əməkdaşları təmizlik işlərinə başladı. 2023-cü il fevralın 1-də isə biz burada söküntü işlərinə başladıq. Köhnə qalmış xarabalığı söküb, təmizlədik və tullantı meydançasına daşıdıq. İşğalçılar Zabux kəndində 63 ev inşa etmişdi. Biz onların da söküntüsünü həyata keçirdik. Bu kənddə ermənilərin tikdikləri tikintidən heç bir iz qalmayıb”.
- Baxış: 384