Azərbaycan Texnologiya Universitetində "Açıq qapı” günü keçirilib. Yaz imtahan sessiyası ilə bağlı təşkil olunan tədbirdə valideynlər və media nümayəndələri iştirak ediblər. Əvvəlcə valideynlərə imtahan prosesi barədə məlumatlar verilib. İmtahanların nəzarət altında, şəffaf və obyektiv keçirildiyi vurğulanıb. Bunun üçün otaqlarda müşahidə kameraları da yerləşdirilib. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu qoyulub. Valideynlər imtahan zallarını gəzib, prosesi yaxından izləyiblər. Baş verə biləcək neqativ halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək qiymətləndirib, biliklərinin obyektiv qiymətləndirilməsi ilə bağlı tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə ediblər. Universitetdə imtahanlar 5 iyuladək davam edəcək.
- Baxış: 389